📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran son üç ayda ilk dəfə bu ölkəyə hücum etdi

2026-07-12 12:28:05

İran son üç ayda ilk dəfə bu ölkəyə hücum etdi

İran ABŞ-ın növbəti zərbələrinə cavab olaraq aprel ayından bəri ilk dəfə Birləşmiş Ərəb Əmirlikləri ərazisinə hücum edib.

Musavat.com xəbər verir ki, SEPAH ABŞ-ın bölgədəki obyektlərinə hücuma başladığını elan etdikdən sonra BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələri İrandan gələn raket və pilotsuz təyyarə hücumlarını dəf etməyə başladığına dair məlumat yayıb.

Eyni zamanda Qətərin paytaxtı Dohada, Bəhreyndə partlayış və həyəcan siqnalı eşidilib.