📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Trampın “ölüm fətvası”nı RƏSMİLƏŞDİRİR - Deputatdan ŞOK AÇIQLAMA

2026-05-22 17:34:14

İran Trampın “ölüm fətvası”nı RƏSMİLƏŞDİRİR - Deputatdan ŞOK AÇIQLAMA

İranda parlamentin ABŞ prezidenti Donald Trampın öldürülməsinə görə mükafat ayrılması ilə bağlı təşəbbüsü dəstəkləyəcəyi iddia olunub.

Hurriyyet.info  xəbər verir ki, bu barədə İran parlamentinin mədəniyyət komitəsinin üzvü Həsənəli Əxlaqi-Əmiri açıqlama verib.

Deputat bildirib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra parlament ruhanilərin Donald Trampa qarşı verdiyi fətvanı icra edəcək şəxslə bağlı mükafat təklifini təsdiqləyəcək.

Onun sözlərinə görə, bu təşəbbüs parlament tərəfindən “şübhəsiz” qəbul ediləcək.

Həsənəli Əxlaqi-Əmiri bu açıqlamaları İranın “Didban” nəşrinə verib. İran mediası yazır ki, təhlükəsizlik səbəblərinə görə parlament iclasları hazırda onlayn formatda keçirilir.