📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda internet kəsilib

2023-03-09 15:05:00

İranda internet kəsilib

Martın 8-i gecə saatlarından başlayaraq İranın bir çox bölgələrində internetə giriş çətinləşib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" xəbər saytı məlumat yayıb.

Məlumatda martın 9-u səhər saatlarında problemin nisbi həll olunduğu, ancaq məhdiyyətin tam aradan qaldırılmadığı bildirilib.

İnternetin kəsilməsinin səbəbləri barədə rəsmi açıqlama verilməyib.