📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda zəlzələ: Naxçıvanda da hiss edildi

2023-05-11 22:37:00

İranda zəlzələ: Naxçıvanda da hiss edildi

İranda 4 maqnitudada zəlzələ olub.Naxçıvanda hiss edilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.