📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrandan İordaniyaya gözlənilməz ÇAĞIRIŞ

2026-07-18 16:35:50

İrandan İordaniyaya gözlənilməz ÇAĞIRIŞ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ-ın "Əl-Əzraq" aviabazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Məlumata əsasən, hücumun əsas hədəfləri qırıcı təyyarələrin anqarları və hərbi aviasiyanın dayanacaq sahələri olub. SEPAH bəyan edib ki, zərbə nəticəsində azı iki ABŞ qırıcısı tamamilə məhv edilib, daha bir neçə təyyarəyə isə ciddi ziyan dəyib.

Bununla yanaşı, SEPAH İordaniya Silahlı Qüvvələrinə müraciət edərək ölkədə yerləşən ABŞ hərbçilərinə zərbələr endirməyə çağırıb. Bəyanatda ABŞ qüvvələrinin "qanuni hədəf" olduğu iddia edilib.

"Onları bütün mümkün vasitələrlə məhv etmək və İordaniyanın müqəddəs torpaqlarını onlardan təmizləmək sizin dini və humanitar borcunuzdur", - deyə SEPAH-ın bəyanatında bildirilir.