📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

2026-07-21 18:08:20

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

İsrail İranın uranı zənginləşdirmə proqramının əsas hissəsini dağın altında yerləşən gizli tunellərə köçürdüyünü iddia edir.

Modern.az xəbər verir ki, The Wall Street Journal (WSJ) nəşrinin məlumatına görə, İsrail kəşfiyyatı hesab edir ki, Tehran ötən il baş vermiş hərbi qarşıdurmadan sonra minlərlə uranı zənginləşdirmə sentrifuqasını Natanz nüvə kompleksi yaxınlığında yerləşən "Piksu" dağı altındakı tunellərə daşıyıb.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı həmin obyektə hərbi zərbə endirməyə çağırıb.

Tramp isə "Piksu" obyektinin ABŞ üçün mümkün hərbi hədəflərdən biri ola biləcəyini bildirib.

Qeyd olunur ki, "Piksu" dağı Natanz nüvə kompleksinin yaxınlığında yerləşir və dərin qayalıq qatının altında inşa edilən tunellərə görə İranın ən yaxşı qorunan nüvə obyektlərindən biri hesab olunur.

Ekspertlərin fikrincə, belə obyektləri adi aviasiya bombaları ilə məhv etmək olduqca çətindir. Bu səbəbdən həmin kompleks uzun müddətdir həm İsrailin, həm də ABŞ-nin hərbi planlarında xüsusi diqqət mərkəzində saxlanılır.

Rəsmi Tehran isə bu iddialarla bağlı hələlik açıqlama verməyib.