📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla sərhəddə əməliyyat -DSX MƏLUMAT YAYDI

2026-05-30 14:35:53

İranla sərhəddə əməliyyat -DSX MƏLUMAT YAYDI

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Hurriyyet.info-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.