📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Moskvadan uzaqlaşır: Rusiya ilə milyardlıq ticarət dövriyyəsi çökdü

2026-07-11 19:03:40

İrəvan Moskvadan uzaqlaşır: Rusiya ilə milyardlıq ticarət dövriyyəsi çökdü

Ermənistan ilə Rusiya arasında mövcud olan siyasi gərginlik özünü iqtisadi göstəricilərdə də kəskin şəkildə büruzə verməyə başlayıb.

Musavat.com xəbər verir ki, Ermənistan Statistika Komitəsinin rəsmi hesabatına görə, 2026-cı ilin ilk beş ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə tənəzzülə uğrayaraq tam 21,5% azalıb. Yanvar-may aylarını əhatə edən dövrdə qarşılıqlı ticarətin həcmi ötən ilki 2,763 milyard dollara qarşı bu il cəmi 2,196 milyard dollar təşkil edib.

Bu ciddi geriləmə fonunda Ermənistanın ümumi xarici ticarətində Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin payı da 36,7%-dən 29,8%-ə qədər enib. Lakin maraqlı və sensasion məqam ondan ibarətdir ki, İrəvanın ittifaqın digər üzvləri ilə iqtisadi əlaqələri tam tərsinə, sürətlə böyüyüb.

Belə ki, hesabat dövründə Ermənistanın Belarus ilə ticarət dövriyyəsi 8,3%, Qazaxıstan ilə 10%, Qırğızıstan ilə ticarət əlaqələri isə rekord göstərici ilə – təxminən 195% artım nümayiş etdirib. Ekspertlər bu mənzərəni İrəvanın iqtisadiyyatda Moskvadan asılılığı azaltmaq üçün regional çəkisini digər müttəfiqlərə doğru sürüşdürməsi kimi qiymətləndirirlər.