📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda oturaq aksiya elan olundu - etirazçılar hökumət binası qarşısında

2023-05-20 19:57:00

İrəvanda oturaq aksiya elan olundu - etirazçılar hökumət binası qarşısında

44 günlük müharibədə ölən əsgərlərin valideynləri hökumət binası yaxınlığında müddətsiz oturaq aksiya elan ediblər.

Bu barədə erməni mediasına istinadən bildiririk.

“Bu yolla biz bu qeyri-qanuni ölkədə qanunsuz məhkəmə sisteminə qarşı mübarizə aparacağıq. Mən hüquq-mühafizə sisteminin davranışını başa düşə bilmirəm. Siz bu türk hakimiyyətlərinə necə xidmət edə bilərsiniz?”, - deyə müharibədə ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edək ki, İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi hakim Jora Çiçoyanın sədrliyi ilə Qayane Akopyanın həbsi barədə qərar qəbul edib. Akopyan Ermənistan baş nazirinin oğlunu qaçırmağa cəhddə şübhəli bilinir. \\Musavat.com