İşdən çıxarılan generalın yerinə bu şəxs təyin olundu
2026-07-20 12:25:47
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Hurriyyet.info “Unikal”a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun müfaviq əmri ilə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsini uzun müddət Həsən Eyyubov idarə edib.