📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İspaniyalı nazirdən Trampa cavab: “Madrid heç kimin lakeyi deyil”

2026-07-10 10:05:52

İspaniyalı nazirdən Trampa cavab: “Madrid heç kimin lakeyi deyil”

İspaniyanın sosial hüquqlar, istehlak və 2030-cu il gündəliyi üzrə naziri Pablo Bustinduy ABŞ prezidenti Donald Trampın açıqlamalarına cavab olaraq hər kəsə krallığın suveren bir dövlət olduğunu və heç kimin xidmətçisi olmadığını xatırladıb.

Nazir Ağ Evin son açıqlamalarını tam sakitliklə qəbul etdiyini vurğulayıb. O deyib ki, ispanların əksəriyyəti "öz səsi olan, prioritetlərini müəyyən edən bir ölkə" istəyir. "Biz bunu etməyə davam edəcəyik. Biz heç kimin xidmətçisi deyilik; biz suveren bir ölkəyik", - nazir bildirib.

NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp yenidən Madridin ittifaqda "dəhşətli tərəfdaş" olması barədə fikir bildirib və ABŞ-nin artıq krallıqla ticarət etmək istəmədiyini qeyd edib. Daha sonra ABŞ prezidenti İspaniyanın yola gəldiyini və "böyük ödəniş etməyə" razılaşdığını bəyan edib.

Vaşinqtonun Madridə qarşı tənqidi krallığın İrandakı ABŞ-İsrail əməliyyatını dəstəkləməməsi fonunda ortaya çıxıb. İspaniya həmçinin hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaq istəmədiyini bildirib.