📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə şok ifşa: Netanyahunun oğulları gizli sənədlərlə adlarını niyə gizlədirlər?

2026-07-10 14:51:01

İsraildə şok ifşa: Netanyahunun oğulları gizli sənədlərlə adlarını niyə gizlədirlər?

İsrail Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu rəsmi olaraq adını və soyadını dəyişdirib.

Hurriyyet.info  xəbər verir ki, "Haaretz" qəzetinin əldə etdiyi İsrail Vergi Qurumunun rəsmi sənədlərinə görə, o, son ay yarım ərzində kimliyini tamamilə yeniləyərək adını Yonatan Xon qoyub.
Maraqlıdır ki, onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsi eyni qalsa da, rəsmi ad dəyişikliyi ölkədə böyük şübhələrə yol açıb. Yair Netanyahu bundan əvvəl də sosial şəbəkələrdə bənzər bir addan–"Yair Hoon" imzasından istifadə edirdi; qeyd edək ki, "Xon" (Hoon) soyadı onun anası Sara Netanyahunun atası Şmuelin əsl soyadı olub və bu ailə sonradan soyadını "Ben Artzi" olaraq dəyişdirib.

Nəşr eyni zamanda xatırladır ki, təxminən beş il əvvəl Yairin qardaşı Avner Netanyahu da rəsmi şəkildə adını dəyişərək özünə "Avi Seqal" kimliyi götürmüşdü. O, bu yeni gizli ad altında İngiltərənin Oksford şəhərində nağd pulla 502 min funt-sterlinq (təxminən 1.1 milyon manat) dəyərində lüks mənzil satın alıb; Seqal soyadı isə Benyamin Netanyahunun anası Sılanın qızlıq soyadıdır.

Maraqlıdır ki, baş nazir Benyamin Netanyahunun özü də 1980-ci illərdə ABŞ-da yaşadığı dövrdə adını dəyişərək "Ben Nitay" qoyub və sonradan bunu Amerikada yerləşmək istəyi və adının yerli əhali tərəfindən asan tələffüz edilməsi zərurəti ilə izah edi.