📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtkin düşən alimlər təxliyə edildilər - Yenilənib

2023-08-30 11:34:36

İtkin düşən alimlər təxliyə edildilər - Yenilənib

Azərbaycanda iki gənc alim itkin düşüb.

Hurriyyet.az-ın məlumatına görə, Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarış elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.

***

FHN-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb. 

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun  aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

***

Gənc alimlər  Elnur Nəciyev və Emil Cəbrayılov təxliyə ediliblər.

Əldə etdiyimiz məlumata görə, hazırda onlar İsmayıllı rayonuna gətirilirlər.

Fotoda Elnur Nəciyev

Fotoda Emil Cəbrayılov