📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İtkin düşən yeniyetmələr dərədən tapıldı - Video

2023-10-16 10:24:54

İtkin düşən yeniyetmələr dərədən tapıldı - Video

Ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.