📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jurnalistlərə qanunsuz müdaxilə edənlər cərimələnəcək

2023-04-25 11:24:00

Jurnalistlərə qanunsuz müdaxilə edənlər cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, sənədə əsasən ölkədə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.

Belə ki, yeni sənədlə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.