📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ

2026-07-18 14:37:23

Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah tədarük edən və kəşfiyyat məlumatları ötürməklə yardım göstərən ölkələrə qarşı “atəş açmağa” çağırıb.

Hurriyyet.info xəbər verir ki, Çeçenistan lideri bu barədə özünün "Telegram" kanalında paylaşım edib.

“NATO abbreviaturası arxasında gizlənərək heç nədən çəkinmədən, açıq-aşkar və meydan oxuyaraq Ukrayna faşistlərinə silah, kəşfiyyat məlumatları və digər dəstəyi verən ölkələrdən başlamaq heç də pis olmazdı. Atəş açmaq vaxtıdır, vəssalam! Onlar trotil qoxusunu hiss edən, Kalaşnikovun səsini və T-90 tanklarının gurultusunu eşidən kimi hər şeyi anlayacaq və doğru yola gələcəklər”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri bundan əvvəl də Qərb ölkələrinin Ukrayna münaqişəsindəki rolunu kəskin tənqid edən bəyanatlarla çıxış edib.