📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olunub

2026-07-10 13:46:26

Kamilo Duran

“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Apasport.az xəbər verir ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.