📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyev Xətaidə qəbul keçirdi - Fotolar

2026-07-04 13:27:27

Kamran Əliyev Xətaidə qəbul keçirdi - Fotolar

Baş prokuror Kamran Əliyev Xətaidə vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai Rayon Prokurorluğunun inzibati binasında Xətai rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.