📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar

2026-05-25 13:36:53

Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar

Kremlin Ermənistana göndərdiyi və parlament seçkilərində Paşinyana qarşı mübarizə aparan erməni milyarder Samvel Karapetyanın partiya ofislərində axtarışlar başlayıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Karapetyana aid “Güclü Ermənistan” partiyasının ofislərində və partiya tərəfdarlarının evlərində axtarışlar aparırlar.

Bununla əlaqədar olaraq, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, axtarışlar komitə tərəfindən seçki rüşvətinin verilməsi və alınması iddiaları ilə bağlı başlanan cinayət istintaqının bir hissəsi kimi aparılır. Beş nəfər saxlanılıb.