📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Karvahalın "Real"dan gedəcəyi rəsmiləşib

2026-05-18 16:50:46

Karvahalın

"Real"da ayrılıq baş verəcək.

Bakıvaxtı.az xəbər verir ki, klub mövsümün sonunda müqaviləsi başa çatan Dani Karvahalla bağlı qərar verib.

La Liqa nəhəngi kapitanla yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər yeni sözləşmə imzalamayacaq. 34 yaşlı sağ cinah müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, Karvahal "Real"ın yetirməsidir.