📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti AÇIQLANDI

2026-07-10 15:16:32

Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti AÇIQLANDI

Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı Amaliya Qəhrəmanovanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

"Pasiyentə gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları qoyulub. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində baş verib. İlkin məlumata görə, 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 44 yaşlı Amaliya Qəhrəmanovanı güllələyərək öldürüb. Daha sonra o, həmin silahla özünə atəş açıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.