📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kəlbəcərdə ağır qəza - Ölən var

2023-11-28 20:09:15

Kəlbəcərdə ağır qəza - Ölən var

Kəlbəcərdə maşın aşıb, ölən var.

Hurriyyet.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.