Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı
2026-07-17 13:43:58
Kəlbəcərin Çəpli kəndində çaya düşən 11 yaşlı uşağın meyiti tapılıb.
Hurriyyet.info xəbər verir ki, Yaqub Zabil oğlu Abutalıbovun cansız bədəni dalğıc-xilasedicilər tərəfindən aşkar edilib.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma başlanılıb.