Kiberdələduzlar ”Azərpoçt”un adından mal tərkibli bağlamalar satır
2023-09-07 21:34:13
Kiberdələduzlar sosial şəbəkələrdə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında ”Azərpoçt” MMC-nin adından “Azerpost” adlı saxta səhifə yaradaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5,50 manata satışa çıxarıb.
Bu barədə Hurriyyet.Az-a qurumdan məlumat verilib.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

