📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

2026-07-11 15:40:22

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallıq müşahidə edilib. Xüsusilə, iddia olunur ki, peyk görüntüləri Parçin hərbi kompleksinin ərazisində ABŞ və İsrailin zərbələrindən sonra yenidənqurma işlərinin aparıldığını göstərir.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Qeyd edilir ki, 21 iyunda çəkilmiş fotolarda Natanzdakı nüvə kompleksinin yaxınlığında yerləşən Kolanq dağındakı tunellərin ətrafında nəqliyyat vasitələrinin hərəkəti əks olunub. Telekanalın məlumatına görə, bu hal ABŞ ilə anlaşma memorandumunun qüvvədə olduğu dövrdə obyektdə fəaliyyətin davam etdiyinə işarə ola bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) müfəttişlərini öz nüvə obyektlərinə dəvət etdiyini bildirib. O qeyd edib ki, bu addım yekun denuklearizasiyanı və ya Tehranın nüvə proqramının dayandırılmasını simvolizə edir. Vens əlavə edib ki, ABŞ-nin İrandan tələb etdiyi də məhz bu idi.