📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevdə matəm elan edilib

2026-07-06 13:02:08

Kiyevdə matəm elan edilib

Rusiyanın iyulun 6-na keçən gecə Ukraynanın paytaxtı Kiyevdə həyata keçirdiyi kütləvi hava hücumunda həlak olanların xatirəsinə iyulun 7-si matəm günü elan olunub.

Hurriyyet.info xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

Matəm günü ilə əlaqədar şəhərdə bütün əyləncə tədbirləri ləğv ediləcək. Bundan əlavə, bələdiyyə binalarında dövlət bayraqları endiriləcək, dövlət və özəl qurumlara da bayraqları yarıya qədər endirmək tövsiyə olunub.

Kliçko qeyd edib ki, paytaxtın Podolsk və Darnitski rayonlarında dağıntılar altında qalan insanların axtarış-xilasetmə əməliyyatı davam edir.

"Hazırda Kiyevdə 11 nəfərin həlak olduğu məlumdur", – şəhər meri əlavə edib.