“Kızılcık şerbeti”nin “Mustafa”sı yeni serialda
2026-07-05 19:46:01
Türkiyəli aktyor Emrah Altıntoprakın yeni layihəsi məlum olub.
Bu barədə Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, aktyor “Aşk ve Taht” serialının heyətinə qatılıb. O, ekran işində “Emir Karaarslan” obrazını canlandıracaq.
Qeyd edək ki, aktyor daha öncə “Kızılcık şerbeti” serialında “Mustafa” obrazını ifa edirdi. (Qafqazinfo)