📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Körfəz alovlanarkən şok geri addım: İsrail ABŞ hərbi təyyarələrinə qapılarını açdı

2026-07-15 17:34:56

Körfəz alovlanarkən şok geri addım: İsrail ABŞ hərbi təyyarələrinə qapılarını açdı

İranla hərbi qarşıdurmanın pik həddə çatdığı bir vaxtda Tel-Əviv administrasiyası Vaşinqtonun güclü təzyiqi qarşısında geri çəkilməli olub.

Hurriyyet.info xəbər verir ki, İsrail dövlət radiosu "KAN"-ın yaydığı məlumata görə, rəsmi Tel-Əviv ABŞ-a məxsus hərbi yanacaqdoldurma təyyarələrinin ölkənin əsas mülki hava limanı olan Ben-Qurion aeroportuna enişinə qoyduğu qadağanı rəsmən ləğv edib.

Məlumata görə, İsrailin nəqliyyat naziri Miri Regev tərəfindən əvvəllər tətbiq edilmiş bu qalmaqallı məhdudiyyət Ağ Evin kəskin təzyiqlərindən sonra bu səhər tamamilə qüvvədən düşüb.

Hazırda ABŞ hərbi rəhbərliyi özünün 34 ədəd strateji yanacaqdoldurma təyyarəsini mülki Ben-Qurion hava limanında saxlamaq əvəzinə, onları birbaşa İsrail Hərbi Hava Qüvvələrinin bazalarına və digər gizli hərbi obyektlərinə yerləşdirmək üçün intensiv şəkildə fəaliyyət göstərir. Analitiklər ABŞ-ın bu təyyarələri sürətlə İsrailə köçürməsini regional müharibə ərəfəsində İrana qarşı endiriləcək mümkün zərbələrin loqistik hazırlığı kimi qiymətləndirirlər.