📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kremldə yanacaq həyəcanı: Benzinin bahalaşması Putinin reytinqini vurdu

2026-07-10 18:56:24

Kremldə yanacaq həyəcanı: Benzinin bahalaşması Putinin reytinqini vurdu

Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinə xalqın etimad və bəyənmə reytinqi ardıcıl olaraq ikinci həftədir ki, aşağı düşməkdə davam edir.

Hurriyyet.info  xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi son rəy sorğusunun nəticələrinə görə, dövlət başçısının fəaliyyətini bəyənmə göstəricisi əvvəlki həftədəki 66,9%-dən 66,0%-ə enib. Putinin birbaşa xalq arasındakı etimad səviyyəsi də analoji olaraq geriləyərək 73,3%-dən 72,3%-ə düşüb; qeyd edək ki, cəmi iki həftə əvvəl bu göstərici 76,7% səviyyəsində qərarlaşmışdı.

Mərkəz bu araşdırmanın həm telefon zəngləri, həm də vətəndaşlarla birbaşa mənzillərdə fərdi söhbətlər aparılmaqla kombinasiya edilmiş yeni metodologiya əsasında keçirildiyini bəyan edib. Müstəqil "Agentstvo" nəşrinin İctimai Rəy Fondunun məlumatlarına istinadən yaydığı təhlildə isə vurğulanır ki, rusiyalıların Putinə inamının sarsılmasına səbəb ölkədə yaranan kəskin benzin qıtlığıdır.

Məhz yanacaq böhranı və qiymətlərin sürətlə bahalaşması son həftə ərzində Rusiya cəmiyyətini ən çox narahat edən və Kremlin nüfuzuna birbaşa zərbə vuran əsas hadisəyə çevrilib.