Kremldən Vaşinqtona şok ittiham: "Öz seçkilərinizdə rus barmağı axtarmağı dayandırın"
2026-07-17 15:01:10
Rusiya Federasiyası ABŞ-da keçirilən seçki proseslərinə müdaxilə etməsi ilə bağlı səsləndirilən bütün ittihamları qəti şəkildə rədd edir.
Hurriyyet.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın heç vaxt digər ölkələrin daxili işlərinə qarışmadığını və eyni yanaşmanı digər dövlətlərdən də gözlədiyini bəyan edib.
Peskovun sözlərinə görə, Donald Trampın ABŞ seçkilərinə "Rusiya müdaxiləsi" barədə səsləndirdiyi iddialar tamamilə əsassız, sübutsuz və anonim məlumatlara söykənir. Kreml rəsmisi həmçinin xatırladıb ki, ABŞ-da əvvəllər bu istiqamətdə aparılmış genişmiqyaslı rəsmi araşdırmalar da Rusiyanın Amerika seçkilərinə hər hansı formada təsir göstərmədiyini rəsmən təsdiqləyib.