Kremlin iki məxfi agentinə ölkəni tərk etmək üçün 3 gün vaxt verildi
İtaliya hökuməti Rusiya Federasiyasının Romadakı səfirliyinin iki hərbi attaşesini casusluq fəaliyyətində ittiham edərək ölkədən qovmaq barədə qəti qərar qəbul edib.
Hurriyyet.info xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Baş katibi Roma Prokurorluğunun apardığı təhqiqat çərçivəsində ifşa olunan rusiyalı diplomatların adlarını artıq Rusiya səfirinə rəsmən təqdim edib.
İtaliya XİN rəhbəri Antonio Tayaninin sosial şəbəkə hesabında yaydığı rəsmi bəyanata görə, casusluq fəaliyyətinə birbaşa aidiyyatı olan Rusiya hərbi attaşeləri İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov 3 gün ərzində Romanı dərhal tərk etməlidir.
İtaliya tərəfi dövlətin təhlükəsizliyinə təhdid yaradan bu cür gizli əməliyyatlara qarşı güzəştsiz mübarizə aparılacağını və diplomatik maska altında fəaliyyət göstərən şəxslərin deportasiya ediləcəyini vurğulayıb.