📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kruiz gəmisinin daha bir sərnişinində hantavirus aşkar edilib

2026-05-26 10:16:35

Kruiz gəmisinin daha bir sərnişinində hantavirus aşkar edilib

İspaniyada "MV Hondius" kruiz gəmisinin daha bir sərnişinində hantavirus aşkar edilib.

Bu barədə "Report" İspaniya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. 

Madriddəki hərbi xəstəxanada karantində saxlanılan İspaniya vətəndaşında PCR testindən sonra müsbət hantavirus halı təsdiqləndi.

Yoluxmuş şəxs ixtisaslaşmış tibbi nəzarət və xüsusi təhlükəsizlik tədbirlərinə tabe olacaq.