📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lalənin çimərlik geyimində görüntüləri müzakirə yaratdı

2026-07-17 20:52:07

Lalənin çimərlik geyimində görüntüləri müzakirə yaratdı

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə etdiyi son paylaşımı ilə izləyicilərinin diqqətini üzərinə cəmləyib.

Hurriyyet.info xəbər verir ki, sənətçi instaqram hesabında hovuzda lentə alınan görüntülərini paylaşıb.

Videoda Lalənin üzgüçülük dərslərinə qatıldığı və peşəkar məşqçi nəzarəti altında məşq etdiyi əks olunub.

Müğənni paylaşımında yeni bacarıq öyrənməyə başladığını nümayiş etdirərkən, hovuzdakı rahat və səmimi anlarını da izləyiciləri ilə bölüşüb. Onun çimərlik geyimində çəkilən görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

 

Paylaşım izləyicilər arasında maraq doğurub. Bəzi istifadəçilər sənətçinin sağlam həyat tərzini və idmana marağını yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar. Digərləri isə Lalə Məmmədovanın fit görünüşünü və enerjisini tərifləyən şərhlər yazıblar.

Sənətçinin videosu qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələrdə geniş müzakirə olunub.