📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lətifə işdən çıxdı

2023-12-16 22:19:05

Lətifə işdən çıxdı

Müğənni Lətifə Soyuöz Azərbaycan Dövlət Akademik Filarmoniyasındakı fəaliyyətinə son qoyub.

Sənətçi bu haqda "10-da görüşək" verilişində deyib O bildirib ki, solisti olduğu filarmoniya ilə yollarını ayırmasına sevinir:

"Şükür olsun ki, yollarımı ayırdım. Yenilik, fərqlilik istəyirəm. Bəzi məqamlarda, musiqi sərhədsizdir. 2024-cü ilə doğru gedirik, dünyada musiqi sahəsində başqa məqamlar yaşanır. Çox başqa mövzular var idi. Baxırsan ki, inkişafın bir yerə qədərdir, buradan o tərəfi yoxdur. Gözləntilərimi qarşılamırdı". \\Axşam.az