Livan Prezidenti: İran ABŞ-la danışıqlarda ölkəmizdən “sövdələşmə vasitəsi” kimi istifadə edir
2026-06-05 19:58:30
İran Livandan ABŞ-la aparılan danışıqlarda “sövdələşmə vasitəsi” kimi istifadə edir.
Bunu Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində bildirib
“Bu, sizin ölkəniz deyil, bizim ölkəmizdir və bizim məsuliyyətimizdir. Bizim ölkəmizin daxili işlərinə qarışmaq sizin işiniz deyil”, - Livan Prezidenti vurğulayıb.
Aun İranın dəstəklədiyi “Hizbullah”a da mesaj göndərib:
“Onlar başa düşməlidirlər ki, oturub danışmaqdan başqa yol yoxdur. Bu problemi həll etməyin yeganə yolu danışıqlar və diplomatiyadır”./APA