Makron əlini öpmək istədi - Əminə Ərdoğan icazə vermədi
2026-07-08 11:09:26
NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində liderlər Türkiyə Prezident Administrasiyasında rəsmi mərasimlə qarşılanıblar.
Fransa Prezidenti Emmanuel Makron zirvə çərçivəsində liderlər və onların həyat yoldaşlarının şərəfinə təşkil olunan şam yeməyində iştirak etmək üçün Ankaraya gəlib.
Prezident Administrasiyasında keçirilən qəbul zamanı Makronu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan qarşılayıb.
Qarşılanma zamanı Emmanuel Makron Əminə Ərdoğanın əlini öpmək üçün addım atıb. Lakin Əminə Ərdoğan buna imkan verməyərək əlini geri çəkib.
Həmin anlar sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.