📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mali millisinin forvardı Azərbaycan klubunda - SON DƏQİQƏ

2026-07-13 14:06:25

Mali millisinin forvardı Azərbaycan klubunda - SON DƏQİQƏ

«Şəfa» Premyer Liqa yolunda bütün gücüylə səfərbər olub.

21 ildən sonra elitanın yolunu tutan paytaxt təmsilçisi heyətini gücləndirmək yönündə növbəti addımını atıb.

Zaur Həşimovu baş məşqçi postuna gətirmiş «ağ-göylər» bu dəfə Saliou Quindo ilə anlaşıb. 29 yaşlı legioner ampluaca hücumçudur.

Mali yığmasının üzvü son olaraq Albaniyada çıxış edib və «Dinamo Siti»nin şərəfini qoruyub.

Afrikalı forvard indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fil Dişi Sahili, Tunis, Türkiyə, Hindistan, İsrail və Yunanıstanda çıxış edib. Onunla 1 illik müqavilə imzalanıb.

I Liqanın son çempiona ona qədər Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya) və Fərid Yusifli ("Turan Tovuz") ilə münasibətlərini rəsmiləşdirib./SPORTİNFO.AZ