📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Manaf Ağayevin saxlanılması xəbəri yayılıb

2026-07-04 15:52:39

Manaf Ağayevin saxlanılması xəbəri yayılıb

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.

Yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Hurriyyet.info  bildirir ki, məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:

"Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdır. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram".