📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mayın 9-da "Azadlıq" meydanında toplaşaq və Şuşanı, Hadrutu qaytaraq" - Bazeyan

2023-05-08 19:23:00

“Mayın 9-da “Azadlıq” meydanında toplaşaq və Şuşanı, Hadrutu qaytaraq”.

Hurriyyet.Az xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Albert Bazeyan deyib. O, mayın 9-da Ermənistan vətəndaşlarını Azadlıq meydanına çağlrıb.

“Azadlıq meydanına gəlin. Biz bu gün mövcud olan vəziyyətə dözməyəcəyik. Dövlətimizin qarşısında duran daxili problemləri həll edəcəyik.

Ordumuzu gücləndirəcəyik və güclənəcəyik, Şuşa, Hadrut və vətənimizin düşmən tərəfindən “işğal olunmuş” digər ərazilərini geri qaytaracağıq”, – deyə Bazeyan sərsəmləyib. \\KONKRET.az