📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“McDonalds” şirkətinin ordumuza yardım etməsi barədə heç vaxt eşitməmişəm - Deputatdan AÇIQLAMA

2023-04-04 00:03:00

“McDonalds” şirkətinin ordumuza yardım etməsi barədə heç vaxt eşitməmişəm - Deputatdan AÇIQLAMA

“44 günlük Vətən müharibəsində ölkəmizə Azərbaycanda olan şirkətlərin böyük əksəriyyəti, hətta orta şirkətlər də yardım etdilər. Əldə etdiyim məlumata görə, bugünədək də şəhid ailələrinə, qazilərə köməklik göstərən şirkətlər var. Amma “McDonalds” şirkətinin ordumuza yardım etməsi barədə heç bir məlumata sahib deyiləm, bu barədə heç vaxt eşitməmişəm. Ona görə də bunu özlərindən soruşmaq lazımdır ki, edib yoxsa etməyib”.

Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

“McDonalds” şirkətinin ordumuza yardım etməsi barədə heç vaxt eşitməmişəm - Deputatdan AÇIQLAMA


Daha sonra deputat bildirib ki, “McDonalds” şirkəti bütün dünyada tanınır və Azərbaycanda bu şirkətə məhdudiyyət yaratmaq düzgün deyil:

“Mən bu şirkətə Azərbaycanda təsir göstərməyin tərəfdarı deyiləm. “McDonalds” Kanada şirkətidir. Onların burada olmağı Azərbaycan üçün müsbətdir. Amma yenə deyirəm ki, özlərinə müraciət etmək lazımdır ki, müharibə dövründə yardım ediblər, yoxsa yox. O sualın cavabı nə olacaqsa, onu biz artıq sonra müzakirə edə bilərik”.