📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“McDonalds”ın “od qiyməti”nə “Şaurma”sı etiraz doğurdu: – “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”

2023-07-14 20:12:00

“McDonalds”ın “od qiyməti”nə “Şaurma”sı etiraz doğurdu: – “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”

“McDonalds” restoranlar şəbəkəsinin menyusuna “xüsusi yenilik” adı ilə 5,75 AZN-ə daxil etdiyi “Şaurma Roll” sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Hurriyyet.az Pravda.az-a istinadla xəbər verir ki, vətəndaşlar şaurmanın qiymətinin baha olmasına etiraz ediblər.

“McDonalds”la bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik:

“100% 7-10 manata, iki dişləmlik oyuncaq olacaq”, “2 manatlıq şaurma nə zaman 5.75 AZN-ə oldu?”, “Bunun illər sonrasını təsəvvür etmək olmur…”, “McDonalds”da bir doyumlu yemək olmur, amma hamısı od qiymətinədir”…

Restoranın menyusuna şaurma əlavə etməsinin sağlam rəqabət olmadığını deyənlər də az deyil: “Sağlam rəqabət strategiyası deyil”, “Özünüzü “Elşadın qırğın dönəri” kimi aparırsınız”, “Xaş da verin…”

Restoranın keçmiş əməkdaşlarından biri isə etirazını belə bildirib: “Yaxşı ki daha sizinlə işləmirəm, yoxsa utancdan ölərdim…”