📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb

2026-05-23 22:17:04

Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gəlib.

Bununla da Mədinə Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.