📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Medvedev: Hörmüz boğazı İranın əlində ən güclü strateji rıçaqlardan biridir

2026-07-04 15:09:51

Medvedev: Hörmüz boğazı İranın əlində ən güclü strateji rıçaqlardan biridir

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, İran nüvə silahına malik olmasa da, onun yerini tuta biləcək mühüm strateji imkanlara sahibdir.

Hurriyyet.info xəbər verir ki, Əli Xameneyinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edən Medvedev jurnalistlərə açıqlamasında söhbətin Hörmüz boğazından getdiyini deyib. Onun fikrincə, bu boğaz İranın əlində nüvə silahından geri qalmayan təsir vasitəsidir.

Medvedev vurğulayıb ki, İranın digər mühüm üstünlüyü Bab əl-Məndəb boğazıdır. O qeyd edib ki, həmin dəniz keçidlərinin bağlanması qlobal neft tədarükünə və beynəlxalq gəmiçiliyə ciddi zərbə vura, daşımaları faktiki olaraq iflic vəziyyətinə sala bilər.