📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub” -Elşad Hacıyev

2023-11-22 13:56:20

“Məhəmməd Kekalov cinayət məsuliyyətinə cəlb olunub” -Elşad Hacıyev

İctimai fəal Məhəmməd Kekalovdan xəbər var. Qeyd edək ki, polisin Abzasmedia.org saytının rəhbəri Ülvi Həsənlini saxladığı gün adıçəkilən fəalın da yoxa çıxdığı deyilirdi. 2 gündür ki, yaxınları ondan xəbər tuta bilmir.

Hurriyyet.az məlumat verir ki, gununsesi.info-nun sorğusuna cavab verən DİN-nin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Məhəmməd Kekalovun saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunduğunu deyib:

“Həmin şəxs cinayət məsuliyyətinə cəlb olunub. Barəsində Cinayət Məcəlləsinin 206.3.2 ci maddəsi ilə cinayət işi başlanıb. Əlavə şərhim yoxdur”.