📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məhkumlar məzuniyyətə buraxılırlar: Penitensiar Xidmətdən yenilik

2023-10-24 21:33:00

Məhkumlar məzuniyyətə buraxılırlar: Penitensiar Xidmətdən yenilik

Məhkumlar məzuniyyətə buraxılıb.

Penitensiar Xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar. 

Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.

Məlumatı Penitensiar Xidmətdən də təsdiqləyiblər. \\Unikal