Mehriban Zəki qəzadan sonra ilk fotosunu paylaşdı
2023-04-04 09:09:00
Ötən həftə evə buraxılan Xalq artisti Mehriban Zəki sosial şəbəkədə fotosunu paylaşıb.
Hurriyyet.az xəbər verir ki, bu, aktrisanın keçirdiyi avtomobil qəzasından sonrakı ilk fotosudur.
O, şəkli - "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən", - sözlərini yazaraq şərh edib.
Xatırladaq ki, martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə xəsarət alıb.
