Məktəbdə nərd çempionatı: “Rəhbərliyə xəbərdarlıq edilib“
2023-05-19 23:38:00
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:
“Ümumi təhsil müəssisəsinin “Facebook” səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib”. \\APA