📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mənə vəkil kimi heç bir təzyiq yoxdur” - Cavad Cavadov

2023-07-08 09:23:00

“Mənə vəkil kimi heç bir təzyiq yoxdur” - Cavad Cavadov

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının iyulun 6-sı keçirilən iclasında tanınmış vəkil Elçin Sadıqov və daha 2 nəfərin vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət ediləcəyi açıqlanıb.

Toplum TV-nin ötəngünkü efirində vəkil Elçin Sadıqovun Kollegiyadan kənarlaşdırılması ilə bağlı müzakirələr zamanı digər vəkillər Cavad Cavadov və Şəhla Hümbətovaya da təzyiqlərin olduğu vurğulanıb. İddia olunub ki, sözügedən digər iki vəkil Cavad Cavadov və Şəhla Hümbətovadır.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Cavad Cavadov “Qafqazinfo”ya açıqlama verib. Vəkil bildirib ki, onun Vəkillər Kollegiyasının rəhbərliyi ilə heç bir problemi yoxdur:

“Bizim qarşılıqlı hörmət əsasında yaxşı münasibətlərimiz var və mənə qarşı vəkillik fəaliyyətimlə bağlı heç bir təzyiq yoxdur”.