📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mersedes" Rusiya bazarını tamamilə tərk etdi

2023-04-26 00:16:00

Almaniyanın “Mersedes-Benz” şirkəti Rusiya bazarını tamamilə tərk edib.

Bu barədə Almaniyanın DPA nəşri məlumat yayıb.

Qeyd olunub ki, şirkət Rusiyadakı bütün aktivlərini "Avtodom" şirkətinə satıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bir ay sonra "Mersedes" Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.\\Axar.Az