📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

2026-07-08 17:28:20

Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının (MŞ) sədr müavini bankdan ayrılıb.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.

Qeyd edilib ki, bankın sədr müavini Akif Cahit Erdoğan iyul ayının əvvəlində öz istəyi ilə bankdan ayrılıb.

O həmçinin, Audit Komitəsinin sədri vəzifəsini tərk edib. MŞ-də hələlik onun yerinə təyinat olmasa da, Audit Komitəsinə yeni sədri Mehmet Erkan Akbulut təyin edilib.

Qeyd edək ki, Akif Cahit Erdoğan iyul ayının 1-dən etibarən əsas bank olan “Yapı Kredi Banka”sındakı Kommersiya və KOB bankçılığı üzrə baş direktorun müavini vəzifəsindən də ayrılıb.

Xatırladaq ki, Akif Cahit Erdoğan 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyinə təyin edilmişdi.

Yapı Kredi Bank Azərbaycan QSC 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)" yaradılıb, 2007-ci ildə rebrendinq edilib. Yapı və Kredi Bankası A.Ş (Türkiyə) bankının törəmə bankıdır.